Cəlilabadda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə rayonun Sərhədabad-Ləkin yolu istiqamətində qeydə alınıb. Dünən axşam saat 23 : 00 radələrində Sərhədabad kənd sakini 35 yaşlı Hüseynov Eldəniz Əlirıza oğlu idarə etdiyi “QAZ -31-10” marakalı avtomobillə Ləkin kəndi istiqamətində hərəkətdə olarkən, Mirzəli kənd sakini 42 yaşlı Abbasov Qafur Vahid oğlunu vurub. Yaralı sürücü tərəfindən Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılsa da ağır kəllə-beyin travması alan piyada yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Təyyar Nəsirli Vüqar Qaliboğlu Space