Məktəb direktoru piyadanı maşınla vurub öldürdü

  • SpaceTV
  • 6 Sentyabr 2019 10:51

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Space TV -nin bölgə müxbiri məlumat verir ki, hadisə Qəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Xaçmaz rayonunun Nabran kənd sakini, 59 yaşlı Orucov Mirbala Zülfüqar oğlu idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada, Qusarçay kənd sakini, 59 yaşlı Caniyev İslam İbrahimxəlil oğlunu vuraraq öldürüb.

Qeyd edək ki, M. Orucov Nabran kənd məktəbinin direktorudur.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun