Piyada öldü

  • SpaceTV
  • 4 Dekabr 2019 16:03

Hadisə Ələt-Astara magistral yolunun 14-cü kilometrliyində rayonun Xıdırlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, kənd sakini, 33 yaşlı Sadıq  Mustafajev  yolu keçmək istəyən zaman maşın vurub.  Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.  Naməlum avtomaşın isə hadisə yerindən qaçıb. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun