Piyada hadisə yerində ölüb

  • SpaceTV
  • 20 Avqust 2019 12:40

Biləsuvarda ölümlə nəticələnən yol – nəqliyyat hadisəsi baş verib.

 Space.TV-məlumat verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, rayonun Zəhmətabad kənd sakini, 1964-cü il təvəllüdlü Cəfərov Fəxrəddin Salman oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli

Paylaş

 Xəbəriniz olsun