Pişiyinə qarşı amansız rəftar edən şəxs 5 il azadlıqdan məhrum oldu

  • SpaceTV
  • 6 Sentyabr 2019 11:25

Ukraynada maraqlı məhkəmə işi yekunlaşıb.  Vinnitsa şəhər məhkəməsi pişiyinə qarşı amansız davranışa görə 50 yaşlı kişi barəsində 5 il müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmə prosesi zamanı məlum olub ki, 2019-cu ilin mayında həmin şəxs pişiyi yaşadığı evin beşinci mərtəbəsindən atıb. Bundan sonra pişiyin ölmədiyini görən ev sahibi onu asfalta bir neçə dəfə çırparaq öldürüb.

Məhkəmə pişiyə qarşı qəsdən amansız davrandığına görə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Paylaş

 Xəbəriniz olsun