Pirsaat su anbarı qurudu

  • SpaceTV
  • 21 Noyabr 2019 13:05

Hacıqabul rayonunda əkinə yararlı 27 943 hektar sahə var ki, bunun da 5 min hektarı Pirsaat su anbarının payına düşür. Pirsaat su anbarı isə  uzunluğu 119 kilometr olan və yağış suları ilə qidalanan Pirsaat çayı hesabına dolur. Anbarın suyu iki kanal vasitəsi ilə rayonun Pirsaat, Nəvahi qəsəbələrinin, Qubalıbaloğlan, Rəncbər və Atbulaq kəndlərinin əhatə etdiyi ərazilərə axıdılır və əkin sahələri suvarılır. Amma…

Su olmadığından artıq 6 aydır ki, əkin-biçinlə məşğul olan kənd əhalisi çətin durumda qalıb. Min bir zəhmətə qatlaşıb əkdikləri taxıl sahələrini belə suvara bilmirlər.

Hacıqabul suvarma sistemləri idarəsinin balansında olan Pirsaat su anbarı bir neçə il bundan qabaq genişləndirilərək ümumi tutumu 9 min kubmetrə çatdırılıb. Lakin bu genişləndirmənin də faydası olmayıb.

Əhalini narahat edən su probleminin həlli məqsədi ilə bir neçə il bundan qabaq mənbəyi Kür çayı olmaqla su kəmərinin çəkilişinə başlanılıb. Lakin hansı səbəbdənsə bu kəmrin çəkilişi də yarımçıq qalıb.

Mütəxəssislər hesab edirlər ki, Pirsaat su anbarı dayanıqlı olmadığından istənilən vaxt yenə problemlər yaranacaq. Tikintisi yarımçıq qalan su kəmərinin çəkilişi başa çatdırılarsa, artıq bu problem öz  həllini tapacaq. 

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun