Pirallahıda abad həyət istifadəyə verildi

  • SpaceTV
  • 13 Fevral 2020 16:18

İDEA ictimai birliyinin  təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş, Bizim Həyət lahiyəsi çərçivəsində yenilənən növbəti həyət PİRALLAHI  sakinlərinin istifadəsinə verilib. Həyət, Pirallahı qəsəbəsi ,Süleyman Bağırov  küçəsi  1,2a, 8 və 16  ünvanlarında  400nəfər sakinin yaşadığı 4 yaşayış binasını əhatə edir

Layihə çərçivəsində abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları  məhdud  insanların da rahat  hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirilmələri məqsədi ilə ərazidə mini futbol və basketbol  meydançaları, şahmat  meydançası, müxtəlif yaş qrupları üçün  nəzərdə  tutulmuş  idman  qurğuları, uşaqlar üçün  oyun meydançası və oturacaqlar quraşdırılıb.

Eyni zamanda, ərazidə velosiped yolu, 3 ədəd söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb. Bundan başqa ərazidə  ev heyvanlarının gecələməsi  üçün xüsusi yerlər hazırlanıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub,bloklara yeni dəmir qapılar  və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların  bərpası  ilə yanaşı, əlavə  olaraq 150  ədəd  ağac əkilib və 3000 kv.m  ərazidə yaşıllıq zolağı salınıb. Qeyd edək  ki, sözügedən lahiyənin paytaxtın bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.Bununla əlaqədar,paytaxtımızın abadlaşdırmaya ehtiyacı olan həyətlər haqqında məlumat və tövsiyələrin İDEA İB-nə təqdim edilməsi xahiş olunur.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun