Pilotlar əhalinin əhvalını yüksəltmək üçün səmada şou göstərəcək

  • Space TV
  • 30 Aprel 2020 11:31

Kanadada “Snowbirds” Hava Qüvvələrinin aerobatik heyəti tibb işçilərinin və koronavirusla mübarizə aparan bütün kanadalıların əhvallarını yüksəltmək üçün ölkənin bir neçə şəhəri üzərində şou göstərəcək.

“RİA Novosti” xəbər verir ki, doqquz təyyarədən ibarət bir qrup ağ tüstü izi qoyub, ölkə daxilindəki şəhərlər üzərində uçacaqlar.

Bu həftəsonu onlar “tura” Yeni Şotlandiya qəsəbəsi ilə başlayacaq və bir həftə içində qərbə doğru hərəkət edəcəklər.

Dəqiq yer, marşrut və uçuş vaxtı aerobatik komandanın sosial şəbəkələrdəki rəsmi hesablarında qeyd ediləcək.

Paylaş

 Xəbəriniz olsun