Pilot yardım edən sürücünün üstündən təyyarə ilə keçdi

  • Space TV
  • 7 Fevral 2020 16:12

Tailandın “Nok Air” aviaşirkətinə məxsus təyyarə onu çəkən buksirin üstünə çıxıb. Nəticədə buksirin sürücüsü ölüb.

Bu barədə videonu “The Bangkok Post” paylaşıb.

Hadisə bu gün səhər Banqkok şəhərinin “Don Muanq” aeroportunda baş verib.

Məlumata görə, bədbəxt hadisə təyyarə reysə hazırlaşarkən baş verib. Sürücü texniki səbəblərdən buksiri dayandırmalı olub, lakin layner hərəkətə davam edib.

Bədbəxt hadisədə sürücü həlak olub, həmin vaxt kabinədə olan köməkçisi isə yaralanıb.

Sərnişinlər təyinat məntəqəsinə başqa təyyarədə uçmalı olublar.

Paylaş

 Xəbəriniz olsun