Pilot lahiyə Nizami rayonunda icra olunacaq

  • Space TV
  • 12 Mart 2020 16:16

Artıq 8 aydan çoxdur ki, paytaxtın Nərimanov rayonunda  Bakı Şəhər İcra Hakimiyyətinin sifarişinə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkətinin əməkdaşları tərəfindən  bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi lahiyəsinin icrası həyata keçirildir.

Artıq lahiyənin yaxın vaxtlarda paytaxtın daha bir rayonunda  icrasına başlanılacaq. Sözügedən şirkətin rəhbərlərindən biri olan Devid Dray Bakı şəhər icra hakimiyyətində keçirilən görüşdə pilot lahiyənin birinci mərhələsinin Nərimanov rayonunda uğurla başa çatdığını və bu il üçün görüləcək işlər , növbəti 2 və sonrakı illər üçün nəzərdə tutulan konsepsiya barədə məlumat verib

Devid Dray London şəhərində 20 ildən çox müddətdə icra edilən lahiyədə təkrar emal üçün çeşidlənən tullantıların həcminin 40 faiz, Nərimanov rayonunda isə 8 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində isə bu 40 faizə çatdığını bildirdi.

Pilot lahiyənin icrası zamanı çatışmazlıqlardan biri də bəzi sakinlərin tullantıları hara gəldi atması,  həmçinin çeşidlənmiş tullantıların oğurlanaraq müxtəlif qəbul məntəqələrinə təhvil verilməsi halları da qeydə alınıb ki, hazırda bu istiqamətdə hüquq mühafizə orqanları araşdırmalar aparır

Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması lahiyəsinin icrasına gələn aydan etibarən Nizami,   daha sonra isə mərhələli şəkildə Yasamal və Nəsimi rayonlarında başlanılacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun