Pilot lahiyə Bakı kəndlərində icra olunacaq

  • SpaceTV
  • 2 Oktyabr 2019 16:35

Bakı şəhər mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində  şirkətin Bakıya ezam olunmuş  nümayəndəsi Artur Quasti bildirdi ki, tullantıların kompazisiyasının araşdırılmasında məqsəd  əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsidir.Mütəxxəsis deyir ki, bu vaxta qədər çeşidləmədə insanlar bir sıra yanlışlıqlara yol versələr də,  əvvəlki aylarla müqayisədə həm bərk məişət tullantılarının həcmi artıb, həm də düzgün çeşidlənmə qaydalarına artıq riayət olunur. Bakı şəhər mənzil Kommunal Təsərrüfatı Departamentinin rəhbəri İlqar Hüseynovun sözlərinə görə Nərimanov rayonu ərazisində artıq konteynerlərin  yerləşdirilməsi işləri  başa  çatıb.Hazırda lahiyənin icra olunacağı Nizami rayon üzrə konteynerlərin yerləşəcəyi yerlər müəyyən edilərək ilkin işlərə başlanılıb Lahiyənin icrasına başlanılan gündən çeşidlənmə mərkəzində toplanmış  təkrar emala gedən tullantıların həcmi əgər ötən ayda  15  tona yaxın idisə, işlərin başlanılmasından 3 ay sonra gündəlik təkrar emal tullantılarının miqdarı 26 tona çatıbMəlumat üçün bildirək ki,lahiyənin gələn il aprel ayında Nizami rayonunda icrasına başlanılacaq. Həmçinin məişət tullantılarının çeşidlənməsi və daşınması bir neçə ilə bakıətrafı kənd və qəsəbələri də əhatə edəcək.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun