“Pianoçu” filminin ssenaristi öldü

  • Space TV
  • 9 Sentyabr 2020 11:26

Böyük britaniyalı dramaturq və “Oskar” laureatı Ronald Harvud 86 yaşında vəfat edib.

Spacetv.az-ın məlumatına görə, bu barədə “The Telegraph” mərhumun ailəsinin açıqlamasına istinadən xəbər verib.

Yaxınlarının verdiyi məlumata görə, Harvud Sasseksdəki evində ölüb.

Ölümün səbəbi dəqiqləşdirilməyib.

Qeyd edək ki, 2003-cü ildə Harvud “Pianoçu” filminə görə “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyasında “Oskar”a layiq görülüb. 2008-ci ildə “Skafandr və kəpənək” filminin ssenarisinə görə BAFTA mükafatını alıb.

2010-cu ildə isə o, “Cəngavər” titulu alaraq Sir Ronald Harvud oldu.

Paylaş

 Xəbəriniz olsun