PFL prezidenti seçkilərinin vaxtı rəsmi açıqlandı

  • Space TV
  • 11 Sentyabr 2020 18:17

Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib.

Spacetv.az PFL-in saytına istinadən xəbər verir ki, seçki 14 sentyabr saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.

Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq dörd il müddətinə seçilən PFL prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülməyib və buna görə də qurumun hazırkı prezidenti Ramin Musayev vahid namizəddir.

Qeyd edək ki, Ramin Musayev daha əvvəl bu seçkinin 10 və ya 12 sentyabrda ola biləcəyini vurğulamışdı.

Paylaş

 Xəbəriniz olsun