“Petkim” kimya sektorunun lideri seçilib

  • Space TV
  • 16 Dekabr 2020 11:38

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivlərindən olan “Petkim” neft-kimya kompleksi “Turkishtime” jurnalının “AR-GE 250” araşdırmasında kimya sektorunun lideri seçilib.

Bu barədə Spacetv.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, “Petkim” istehsalatda yeni texnologiyaların tətbiqinə ayırdığı sərmayə yatırımına görə lider şirkətdir.

Məlumata görə, “AR-GE 250” şirkətlərin tədqiqat və inkişaf sahəsinə investiya qoyuluşu əsasında hazırlanır: “Petkim gələcək inkişafda da keyfiyyətli istehsal prosesinə üstünlük verməkdə davam edəcək”.

Xatırladaq ki, SOCAR-ın STAR Neft Emalı Zavodunun illik emal gücü 10 milyon tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı (1,6 milyon ton), nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında STAR NEZ ilə yanaşı, SOCAR-ın Petkim neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

Paylaş

 Xəbəriniz olsun