Peskov Rusiya və Türkiyə sülhməramlılarının birgə fəaliyyəti barədə danışdı

  • Space TV
  • 11 Noyabr 2020 15:30

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya və Türkiyənin ortaq sülhməramlı qüvvəlləri ilə bağlı sözləri barədə jurnalistin sualını cavablandırıb.

Spacetv.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Peskov Rusiya və Türkiyənin Qarabağla bağlı Azərbaycan ərazisindəki monitorinq mərkəzi vasitəsi ilə birgə fəaliyyət göstərəcəklərini qeyd edib.

“Söhbət monitorinq mərkəzindən gedir”, – deyə o vurğulayıb.

Peskov mərkəzin Azərbaycanın münaqişə olmayan ərazisində yerləşəcəyini də bildirib.

Paylaş

 Xəbəriniz olsun