Peskov: “Beynəlxalq hüquqa görə, Rusiyanın Qarabağa qoşun göndərmək haqqı yox idi”

  • Space TV
  • 13 Noyabr 2020 13:06

Rusiya Qarabağ münaqişəsi zamanı əsgərlərini bölgəyə göndərmə haqqına sahib deyildi.

Spacetv.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Onun sözlərinə görə, Moskva sülhməramlı göndərmə hüququnu yalnız münaqişə tərəflərinin razılığından sonra aldı.

“Sadəcə qoşun göndərmək, özü də hara? Qarabağa? Beynəlxalq hüquqa görə Rusiyanın belə bir haqqı yox idi”, – deyə o, əlavə edib.

Peskov, Rusiyanın BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə sadiq bir ölkə olaraq qaldığını vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun