Peşə liseyində maska istehsalı

  • SpaceTV
  • 12 May 2020 17:09

Əgər bu vaxta kimi ölkəmizdə  tibbi maskaya olan təlabat xarici ölkərin hesabına ödənilirdisə  karanovirus xəstəliyinin ölkəmizdə də yaılmasından sonra maskaya olan təlabat birə min artdı.Və bununlada tibbi məhsulun xaricdən idxalı ilə  yanaşı ölkəmizdə maska istehsalına başlanıldı. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi də tibbi maska istehsalına başlayıb.

İstehsal müəssisəsinə müvafiq ixtisaslar üzrə təhsil alan 20-ə yaxın Peşə Təhsil Mərkəzinin məzunu və bir neçə müəllim  cəlb edilib və həmin işçilər aylıq 350 manat əməkhaqqı ilə təmin olunub.Həmçinin istehsal müəssisəsi Səhiyyə Nazirliyinin  Analitik Ekspertiza Mərkəzi tərəfindən uyğunluq və gigiyenik sertifkatı ilə də təmin olunub.

Ötən həftədən fəaliyyətə başlayan istehsal müəssisəsi gündəlik olaraq 15 min ədəd maska istehsal edir.Yaxın zamanlarda bu gücün gündəlik 50 000 maskaya çatdırılması planlaşdırılır.Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

Qeyd edək ki, peşə liseyinin istehsal müəssisəsində hazırlanan    tibbi maskalar may ayının 15-dən etibarən paytaxt apteklərində satışa çıxarılacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun