Peru televiziyasında II Qarabağ müharibəsinin nəticələri barədə danışılıb

  • Space TV
  • 2 Fevral 2021 10:28

Perunun dövlət televiziyası olan “TV Peru” kanalında Vətən müharibəsinin yekunları ilə bağlı reportaj efirə gedib. 

Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, verilişdə hərbi əməliyyatlar nəticəsində Azərbaycanın Ermənistanın hərbi işğalı altında olan əraziləri azad etdiyi və tərəflər arasında 10 noyabr imzalanmış bəyanat barədə məlumat verilib. 

Telekanalın Perudakı səfirimiz Məmməd Talıbovla olan müsahibəsinə də istinad edildiyi reportajda azad olunmuş şəhərlərimizin Ermənistan tərəfindən tamamilə dağıdıldığı və bu ərazilərdə illər öncə etnik təmizləməyə məruz qalmış 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün yenidən öz doğma yurdlarına qayıtmaları üçün hazırda Azərbaycan tərəfindən zəruri infrastrukturun bərpa edilməkdə olduğu bildirilib. 

Səfir müsahibəsində aparıcının sualına cavab olaraq müharibə zamanı əsir düşmüş hərbçilərin qarşılıqlı olaraq dəyişdirildiyini, hazırda Azərbaycan tərəfindən saxlanılan qeyri-qanuni erməni silahlılarının isə atəşkəs bəyanatı imzaladındıqdan sonra həbs edildiyini, bu şəxslərin qisascı qüvvələrə xidmət edən diversantlar olduğunu və Azərbaycan ərazisində terror aktları törətməyə cəhd etdiklərini qeyd edib. 

Veriliş zamanı aparıcı həmçinin, 20 Yanvar faciəsi və Azərbaycanın 1991-ci ildə xalqımızın əzmkar iradəsi sayəsində müstəqillik əldə etməsi haqda məlumat verib. 

Paylaş

 Xəbəriniz olsun