Pentaqon rəhbəri və müavini karantinə götürüldü

  • SpaceTV
  • 17 Mart 2020 12:46

ABŞ-ın Müdafiə naziri Mark Esper və nazir müavini David Norqvist karantinə götürülüb.

“HaberGlobal” bu barədə Pentaqona istinadən məlumat yayıb.

Pentaqonun açıqlamasında sözügedən tədbirlərin təhlükəsizlik məqsədi ilə edildiyi, Müdafiə Nazirliyinin ən yüksək rütbəli iki şəxsinin ziyarətçilər və digər personaldan uzaq tutulacağı bildirilib.

Pentaqon sözçüsü Conatan Hoffmanın sözlərinə görə, Esper və Norqvist personalla yalnız telekonfrans vasitəsi ilə əlaqə saxlayacaq.

Paylaş

 Xəbəriniz olsun