Pentaqon İncirliklə bağlı müqavilə imzaladı

  • Space TV
  • 24 Dekabr 2019 11:35

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə şirkətləri ilə İncirlik aviabazasında tikinti işlərinin aparılması üçün müqavilə imzalayıb.

SPACE TV  TASS-a istinadən xəbər verir ki, məlumatı Pentaqon yayıb.

Müqavilə Türkiyənin 8 şirkəti ilə imzalanıb və ümumi dəyəri 95 milyon dollardır. Nəzərdə tutulan layihələr 2024-cü il dekabrın 31-də başa çatdırılacaq.

Qeyd edək ki, ABŞ Senatı “erməni soyqırımı”nın tanınması ilə bağlı saxta qətnaməni qəbul etdikdən sonra Ankara rəsmiləri ABŞ-ın Türkiyənin Adana şəhərində yerləşən İncirlik hərbi bazasını çıxara biləcəklərini bəyan ediblər.

Paylaş

 Xəbəriniz olsun