Pelosi COVID-19-u “Trampın virusu” adlandırdı

  • Space TV
  • 22 İyul 2020 11:44

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ Prezidenti Donald Trampı koronavirusla müqayisə edib.

Bunu N.Pelosi CNN telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Tramp iyulun 21-də brifinqdə maska taxıb, amerikalıları onun nümunəsinə uyğun davranmağa çağırmaqla öz səhvlərini etiraf edib.

N.Pelosi bildirib ki, əgər prezident bunu daha əvvəl etsəydi, bir çox insanlar ondan nümunə götürərdi. Lakin prezidentin COVID-19-a yanlış reaksiyası səbəbindən minlərlə insan ölüb.

“Əslində, aydındır ki, bu, Trampın virusudur”, – deyə N.Pelosi qeyd edib.

Paylaş

 Xəbəriniz olsun