Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə əmək müqaviləsi bağlayanlar cərimələnəcək

  • Space TV
  • 6 Oktyabr 2020 15:59

Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə əmək müqaviləsi bağlamış şəxslər cərimələnəcəklər.

Spacetv.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən maddədə əksini tapıb.

Yeni maddəyə əsasən, əmək qanunvericiliyinin pozulmasına görə inzibati cəzaların siyahısı genişləndirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 192.12-ci maddənin əlavə olunması təklif edilir.

Yeni maddəyə əsasən, pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslərin cərimələnməsi nəzərdə tutulur.

Layihəyə əsasən, həmin şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Paylaş

 Xəbəriniz olsun