Paytaxtın Xətai rayonu ərazisində qeyri qanuni fəaliyyət göstərərək karantin qaydalarını pozan heyvan kəsimi və ət satışı yerlərində reyd keçirilib.

  • SpaceTV
  • 10 Aprel 2020 10:09

İllərdir ət satışı ilə məşğuldular.  ancaq heç birinin baytarlıq idarəsi tərəfindən verilən arayışı yoxdur.Karantın müddətində paytaxda bəzi ət kəsimi yerlərinin sahibləri karantin qaydalarını belə pozurlar……..

Koronovirus pandemiyasının baş bəlasına çevrildiyi bir dövrdə ,bu təhlükədən insanları qorumaq üçün dövlət tərəfindən lazimi addımlar atılır. ancaq bəzi vətəndaşların məsuliyyətsizliyi və çalışdıqları iş sahələrində tibbi-praflaktik tədbirlərin görülməsi əvəzinə anti-sanitar vəziyyətdə insanlara xidmət göstərməsi halları hələdə var.

Bakı şəhər Ticarət və Xidmət Departamenti və hüquq mühafizə orqanlarının  əməkdaşları tərəfindənbaytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirləri həyata keçirildi

Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən söküldü və kəsim yerlərinin rəhbərlərinə son xəbərdarlıq edildi.

Bu heyvan kəsimi yerinin  sahibi isə qanunsuz fəaliyyət göstəriyi üçün reyd keçirildiyini görər-görməz qaçaraq ərazidən uzaqlaşdı

Bakı şəhər Ticarət və Xidmət Departamentin bildirildi ki, bu kimi reydlər növbəti günlərdə də keçiriləcək.  nəticə çııxarmayanlara qarşı isə sərt tədbirlər görüləcək.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun