Paytaxtın bəzi rayonunda su olmayacaq

  • Space TV
  • 25 Avqust 2020 11:05

Azərbaycanın bir neçə rayonunda, o cümlədən Bakıda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Spacetv.az-a “Azərsu” ASC-dən məlumat verilib. 

Bildirilib ki, Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb. Bu səbəbdən Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

İstehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.

Paylaş

 Xəbəriniz olsun