Paytaxtda zorakılıq: evindən çıxarıb döydülər

  • SpaceTV
  • 21 Sentyabr 2020 14:40

Bakıxanov qəsəbəsində yaşayan 37 yaşlı Rafael Nağıyev tanımadığı şəxslərin zorakılığına məruz qalıb. Rafael Nağıyev Space TV-ə açıqlamasında bildirib ki, o, evində istirahət etdiyi zaman birdən qapı döyülüb. Elə hər şey də bundan sonra başlayıb. Qapını açan Rafael tanımadığı şəxslə qarşılaşıb. Həmin şəxs ondan tanımadığı birinin ünvanını soruşub. Rafael isə bilmədiyini bildirib.  Bundan sonra qapını döyən şəxs Rafaeli həyətə dəvət edib.

Naməlum şəxslər onu başqasının həyat yoldaşına məktub yazmaqda ittiham ediblər. Amma qarşı tərəfi, yəni Rafaeli dinləməyiblər. Heç ağzını açmağa da macal verməyiblər.Bir-birinin ardınca yumruq və təpik zərbələrləri ilə onu döyməyə başlayıblar. Hadisə anbaan yaxınlıqdakı müşahidə kamerası vasitəsi ilə lentə alınıb.

Nə olduğunun fərqində olmadan ard-arda yumruq təpik zərbələri alan Rafaelin sualları da cavabsız qalıb.  Yaxınlıqda olan şəxslər müdaxilə etmək istəsələr də nəticəsi olmayıb.

Və bütün bunlar Rafaelin azyaşlı oğlunun gözləri qarşısında baş verib.

Müşahidə kameraları vasitəsi ilə lentə alınan görüntülərdə naməlum şəxslərin Məcid Əliyev adlı şəxsə məxsus avtomobil ilə həmin ünvana gəldikləri məlum olub. Bir neçə dəqiqə Rafaeli yaşadığı binanın qarşısında gözlədikləri və bundan sonra binaya daxil olduqları da aydın görünür.

Hadisə ilə bağlı aidiyyatı qurumlara da müraciət edilib.

Yəqin ki, günün günorta vaxtı bir nəfəri evindən çıxardıb amansızcasına döyən şəxslər tapılıb layiqli cəazlarını alacaqlar.

Orxan Şükür, Pərviz İlqaroğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun