Paytaxtda yeni məktəb binaları tikilir

  • Space TV
  • 9 Mart 2020 09:58

2020-21- ci tədris  ilinə  qədər paytaxda bir neçə məktəb əsaslı təmir olunacaq, eləcə də bir neçə təhsil ocağı üçün yeni bina tikiləcək. Suraxanı rayonu Əmircan qəsəbəsində  fəaliyyət  göstərən  Nail  Salamov adına  97saylı  məktəbdə uzun  müddətdir ki, şagird sıxlığı yaşandığı üçün köhnə bina  sökülərək  yerində  4 mərtəbəli 2 korpusdan  ibarət 400 yerlik yeni məktəb binası   tikilir.Təhsil ocağının köməkçi binasında   isə əsaslı təmir işləri aparılacaq.

Hazırda  məktəbin köməkçi binasında tədris davam etdirilsədə yeni korpusun  tikintisi  icra olunur. Yeni inşa olunan korpuslar 16 sinif otağından ibarət olmaqla burda müxtəlif fənn kabinetləri, kitabxana, komputer otaqları, yeməkxana,  idman və akt zalının da tikintisi nəzərdə tutulub.Həmçinin məktəb müasir istilik və işıqlandırma sistemi ilə təhciz olunacaq.

Bundan başqa məktəb üçün 2 ədəd su anbarı və fərdi qazanxada tikiləcək

Qarşıdakı tədris ilinə kimiməktəb kollektivinin istifadəsinə veriləcək növbəti təhsil ocağı  isə Əmircan  qəsəbəsində fəaliyyət göstərənAlbert Aquranov adına 154 nömrəli orta məktəbdir. . 1 əsrə yaxın yaşı olan bu məktəbdə uzun müddətdir şagird sıxlığı yaşandığı üçün yeni binanın tikilməsi zərurəti yaranıb.

3 mərtəbəli 3 korpusdan ibarət olan yeni məktəb binası 960 şagird  üçün nəzərdə tutulub. Yeni lahiyə əsasında tikilən məktəb 41 sinif otağından, fənn kabinetlərindən, labaratoriya, konfrans zalı və komputer otaqlarının da inşası nəzərdə tutulub. Məktəbin həyətində geniş ərazini əhatə edən idman meydançası və ərazinin relyefi nəzərə alınmaqla yaşıllıq sahəsi də salınacaq.

Məktəbin köhnə binası söküldüyü üçün məktəb kontikgenti qəsəbədə fəaliyyət göstərən digər məktəblərdən birinə köçürülüb

Məlumat üçün bildirək ki, hər iki məktəbdə təmir və tikinti işləri 2020-Cİ İLİN Asentyabr ayının 15–nə kimi başa çatdırılacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun