Paytaxtda yeni məktəb binaları tikilir

  • SpaceTV
  • 7 May 2020 15:56

Paytaxtda 2020-21 tədris ilinə kimi tikilərək istifadəyə veriləcək təhsil ocaqlarında tikinti işləri sürətlə davam etdirilir.Sabunçu rayonu Ramana qəsəbəsində fəaliyyət göstərən 90 nömrəli məktəb uzun müddətdir ki, istismar edildiyi üçün məktəb binası sökülərək yeni tədris korpusunun tikintisinə başlanılıb.

Məktəbin köhnə korpusunda da əsaslı təmir işləri aparılır.Yeni inşa olunan korpus 22 sinif otağından ibarət olmaqla burda müxtəlif fən kabinetləri ,kitabxana ,komputer otaqları , yeməkxana ,idman və akt zalınında tikintisi aparılır.

Həmçinin məktəb istilik və müasir işıqlandırma sistemi,fərdi qazamxana və su anbarları ilədə təhciz olunacaq.Məktəbin həyətyanı sahəsində 1340 kv metr sahədə yaşıllıq zolağıda salınacaq

Suraxanı Rayonu Əmircan qəsəbəsində fəaliyyət göstərən 97 nömrəli məktəb üçün də yeni tədris korpusunun tikintisi başa çatmaq üzrədir.Məktəbin köhnə korpusunda  uzun müddətdir ki, sıxlıq yaşandığı üçün köhnə bina sökülərək yerində 4 mərtəbəli 2 korpusdan ibarət 400 yerlik yeni məktəb binasınin tikilməsi zərurəti yaranıb.

Məktəbin köhnə korpsuda sökülərək əsaslı təmir olunacaq.Yeni inşa olunan korpus 16 sinif otağından ibarət olmaqla burda müxtəlif fən kabinetləri ,kitabxana ,komputer otaqları , yeməkxana ,idman və akt zalınında tikintisi aparılır

Həmçinin məktəbin fərdi qazanxanası və 2 ədəd su anbarınıninşasına başlanılıb.Bundan başqa təhsil ocağı müasir işıqlandırma sistemi ilə təhciz olunacaq və 218 kv metr sahədə yaşıllıq zolağıda salınacaq

Hər iki məktəbdə aparılan təmir tikinti işlərinin avqust ayına kimi başa çatdırılması nəzərdə tutulub.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun