Paytaxtda yanğın baş verib

  • SpaceTV
  • 4 Sentyabr 2019 11:50

Space TV –nin məlumatına görə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın baş verib. Alov yanğınsöndürənlər tərəfindən dəf edilsə də mənzildəki əşyalar yanaraq külə dönüb.    

Xubanov Sabirə məxsus mənzildə baş verən yanğın nəticəsində 4 nəfər tüstüdən zəhərlənib. Zəhərlənənlərdən ikisinin azyaşlı olduğu bildirilir.  Hadisə yerinə dərhal FHN-in 4 texnikası və canlı qüvvəsi, 2 təcili tibbi yardım briqadası cəlb edilib. Yanğın söndürülüb. Lakin mənzildəki bütün əşyalar  yanaraq külə dönüb.

Alovun digər mənzillərə keçməsinin qarşısı alınsa da güclü yanğın nəticəsində  yaxınlıqdakı evlər də zərər görüb. Hazırda yanğının dəqiq baş vermə səbəbləri araşdırılır.

Orxan Şükür –Space

Paylaş

 Xəbəriniz olsun