Xüsusi karantin rejimi elan olunandan ölkənin bütün regionlarında postlar fəaliyyət göstərir. Görüntülər Səbail rayonun ərazisində yaradılan müvəqqəti yoxlama –buraxılış postundandır.
Postlarda avtomobil sürücülərinin karantin rejimini pozması halları azalsa da, yoxlanılan sürücü və sərnişinlərdən qayda pozanlar hələdə var.
Karantin qaydalarını pozaraq postlardan keçməyə cəhd edən onlarla sürücü və sərnişinlər barəsində inzibati qaydada pratokol yazılır.
Bütün nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanıldıqdan sonra hərəkətlərinə icazə verilir.
Sürücü və sərnişinlər arasında iş yerindən arayışların olması üstünlük təşkil edir. Portalda elektron icazəsi olan sürücülər postlardan maneəsiz keçirlər.
Qeyd edək ki, karantin rejimi may ayının 4-də bitəcək.
LALƏ ÜLVİQIZI SPACE TV