Paytaxtda tütün məmulatlarının istehsalı kəskin azalıb – FOTO

  • Space TV
  • 5 Noyabr 2020 10:56

Paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı 1 milyard 332,6 milyon manat təşkil edib.

Spacetv.az-ın Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 5,5 faiz artım qeydə alınıb.

Lakin, içki istehsalında 5 faiz azalma mövcuddur. Azalma alkoqollu içkilərin istehsal həcminin azalması hesabına yaransa da, alkoqolsuz içkilərin istehsalı 3,2 faiz artıb.

Eləcə də, tütün məmulatlarının istehsalında kəskin azalma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal həcmində 61,2 faiz azalma müşahidə olunub.

Paylaş

 Xəbəriniz olsun