PAYTAXTDA REYDLƏRƏ BAŞLANILDI

  • SpaceTV
  • 3 İyul 2020 17:15

Vəziyyət o qədər ciddiləşib ki, əgər əvvəlki, günlərdə virusa yoluxanların sayı durmadan artırdısa son günlər isə koronovirus bəlasından ölənlərin sayı çoxalır.Əgər nə vaxta kimi bir  çox məsuliyyətsiz vətəndaşların  karantin qaydalarına və  qoyulan tələblərə riayət  etməməsi davam edəcəksə bu bəlada bizimlə birlikdə addımlayacaq

Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı paytaxtın bütün rayonlarında  koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reyd keçirilib

İctimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlər zamanı öncə obyekt rəhbərləri ilə  maarifləndirmə işləri aparıldı. Reydlər nəticəsində bəzi marketlərdə sanitar qaydaların pozulması, tibbi qoruyucu vasitələrdən istifadə edilməməsi və sosial məsafənin gözlənilməməsi halları aşkar edildiyi üçün həmin  qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilərək bu obyektlərin rəhbərlərinə  xəbərdarlıq edildi

Reyd zamanı   , yenidən ciddi nöqsanlar aşkar edildiyi təqdirdə həmin obyektlərin fəaliyyətinin  müvəqqəti olaraq dayandırılacağıda obyekt sahiblərinin diqqətinə çatdırıldı.Karantin qaydalarına riayət etməyən  Obyekt sahiblərindən aşkar edilən nöqsanların dərhal aradan qaldırılması tələb edildi

Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə, həmçinin buradakı vətəndaşlara canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən  istifadə və  sosial məsafənin gözlənilməsinin vacibliyi barədə də ətraflı məlumat verildi.BŞİH verilən məlumata görə paytaxtda keçirilən reyd və maarifləndirmə tədbirləri karantin dövründə hər gün davam etdiriləcək. 

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun