Paytaxtda qətl hadisəsi baş verib

  • SpaceTV
  • 23 May 2020 11:58

Dəhşətli qətl.

Dəhşətli hadisə paytaxtın Binəqədi rayonu, Cavadxan küçəsində baş verib.Ər arvadının həyatına elə liftdə son qoyub.

Hadisə gecə saat 21:00 radələrində baş verib.Köməksiz vəziyyətdə qalan 40 yaşlı qadın aldığı bıçaq xəsarətlərindən elə  hadisə yerindəcə dünyasını dəyişib.Mərhumun qonşuları ilə həmsöhbət olduq.Onlardan aldığımız məlumata görə ailə çoxdandırki həmin ünvanda yaşayır.Əvvəllər ailədə ər-arvad arasında heç bir soz-söhbətin olmadığını deyən qonşular bildirdiki amma son zamanlar ailədə tez-tez baş verən münaqişənin şahidi olublar.

Qonşulardan onu da öyrəndikki əvvəl bir dəfə qadın intihara cəhd edib.Amma uşağın qonşuya xəbər etməsindən sonra intihar cəhdinin qarşısı alınıb.Həmçinin kişinini psixoloji probleminin olduğu da deyilir.Artıq hadisəni törədən 42 yaşlı Hafiz Hacıyev polis tərəfindən saxlanılıb. Onu da qeyd edək ki, adı çəkilən bu ailənin 12 və 14 yaşlarında 2 oğlan övladı var. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

NURLAN OKTAYOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun