Paytaxtda onlarla vətəndaş Nəsimi rayonunda fəaliyyət göstərən tikinti şirkətlərinin birindən şikayətçidirlər

  • Space TV
  • 9 Mart 2020 09:54

Paytaxtda onlarla vətəndaş Nəsimi rayonunda fəaliyyət göstərən tikinti şirkətlərinin birindən şikayətçidirlər. Daha doğrusu Möhsün Sənani 13, drob-15  ünvanında 2 il öncə tikintisinə başlanılan şirkətdən 136 nəfər kvadratına  min iki yüz manat ödəməklə mənzil alıblar. Ancaq  tikinti başa çatanda  vətəndaşlar sözügedən MTK tərəfindən aldandıqlarını öyrəniblər.

Vətəndaşlara özünü şirkətin sahibi kimi təqdim edən Dilafir Rəsulov ev alan bütün sakinlərlə MTK adından müqavilə də bağlayıb və 2019-cu ilin sonunda binanın tikintisinin başa çatacağını bildirib. Hətta həmin binadan  mənzil alan bütün şəxlərə tikintinin gedişatı ilə tanış olmaq imkanı da verilib. Ancaq tikinti başa çatdıqdan sonra Dilafiri tapa bilməyən zərərçəkmişlər əslində onları aldadan fırıldaqçının tikintinin sahibi deyil binanı tikən podratçı şirkətin şəriklərindən birinin olduğu üzə çıxıb.

Vətəndaşların şikayətçi olduğu şirkətin rəhbəri Məhərrəm Həsənov deyir ki, aldadılan şəxslərlə tikintini aparan  podratçı  şirkətin rəhbəri arasında qeyri qanuni olaraq müqavilələr  bağlanılıb.Və  onun  bu şirkətdə yalnız tikinti aparmaq səlahiyyəti olduğu haqda alqı-satqı işlərini həyata keçirib

Bəs onda sual olunur, necə olub ki, tikintisi başa çatmayan bir binada  150-ə yaxın mənzil satılıb ancaq tikinti rəhbərinin bundan xəbəri belə olmayıb?

Dilafir Məmmədovun vaxtilə onlarla vətəndaşa mənzil satdığı və sonradan qeybə çəkildiyi şirkətin ofisinə yollandıq. Şirkətin hazırda icraçı direktoru olan Oktay Ağayarov bildirdi ki, həmin tikintini icra edəcək podratçı şirkətin 5 şərikindən biridə Dilafir Rəsulov olub və digər şərikləri ilə yanaşı vətəndaşları da aldadan fırıldaqçı zərərçəkmişlərin pulunu mənimsəyərək xarici ölkəyə qaçıb

Ancaq artıq hüquq mühafizə orqanları tərəfindən  MTK-nın sahibi Məhərrəm Həsənov və vaxtilə podratçı şirkətin rəhbəri olan Bəsrət Abbaslıya xəbərdarlıq edilib.Yaxın vaxtlarda bütün zərərçəkmişlərə həmin binadan mənzil verilməsi öhtəliyi götürülüb deyə oktay Ağayarov bildirdi

Mövzunu diqqətdə saxlayacağıq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun