Paytaxtda kişi gözəllik salonunda işləyən həyat yoldaşını öldürdü

  • SpaceTV
  • 30 May 2020 12:12

Dəhşətli hadisə paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Rayonun prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin əri 47 yaşlı Rüstəm Qasımov tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Qeyd edək ki, adı çəkilən ailənin 3 oğlan övladı var.

NURLAN OKTAYOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun