Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayon icra hakimiyyətinin kommunal-təsərrüfat xidmətlərinin əməkdaşları və xüsusi texnikası tərəfindən müvafiq qrafik əsasında gündəlik olaraq səhər və axşam saatlarında küçə və prospektlərin xüsusi kimyəvi vasitələr və yuyucu gel vasitəsi ilə yuyulması davam etdirilir
Görüntülər Səbail rayonu Neftçilər prospektindəndir
Xüsusi karantin müddətində dezinfeksiya tədbirləri intensivləşdirildiyi üçün artıq departamentin balansında olan 11400-dən cox yaşayış binasında gündə 2 dəfə olmaqla ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançaları və idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.
Həmçinin bu vaxta kimi rayon ərazisində olan mtk-lara məxsus 70 dən çox hündürmərtəbli bina və yüzlərlə fərdi yaşayış evi də dezinfeksiya olunub
Bu işlərin vaxtaşırı olaraq paytaxtdakı 2000-dən cox kooperativ bina və yaşayış komplekslərində də aparılması təmin edilir.
RƏŞAD VƏKİLOĞLU SPACE TV