Paytaxtda daha bir xəttə yeni avtobuslar verildi

  • SpaceTV
  • 24 Yanvar 2020 15:54

Paytaxtda  daha bir xəttə yeni avtobuslar verildi. Nəqliyyat vasitələri kondisoner sistemi ilə, fiziki imkanları məhdud, eləcə də uşaq arabası ilə olan sərnişinlərin rahat istifadə etmələri üçün xüsusi mexanizmlə təchiz edilib.Bir sözlə bu avtobuslar sərnişinlərin rahat və təhlükəsiz daşınması baxımından qoyulan tələblərə yüksək səviyyədə cavab verir.

Söhbət ölkəyə yeni  gətirilmiş Türkiyə istehsalı olan  20 sərnişin avtobusundan gedir. Bakı nəqliyyat agentliyi tərəfindən təqdimatı keçirilən avtobuslar, 199 saylı müntəzəm marşurut xəttində artıq bu gündən sərnişinlərin  istifadəsinə  verildi. Bununla da paytaxda minlərlə sərnişinin  nəqliyyat  problemi öz həllini tapmış oldu

Müasir  standarlara  cavab verən bu avtobuslarda  bütün avadanlıqlar  komputer sistemi ilə proqramlaşdırılıb.Sərnişinlər avtobusda olduqları zaman

hətta enerji ötürücüləridən də istifadə edə biləcəklər.Ancaq müvəqqəti olaraq avtobuslarda ödəniş sistemi nağd pulla həyata keçiriləcək.

Bakı Nəqliyyat  agentliyindən  oda  bildirildi ki, yaxın günlərdə bir neçə marşurut xəttinə yeni avtobuslar veriləcək ki, artıq həmin daşıyıcı şirkətlər üzrə müsabiqə yolu ilə seçim prosesi həyata keçirilir.Onuda bildirək ki, bu il ölkə başçısının göstərişinə uyğun olaraq ölkəyə daha 300 yeni avtobus gətiriləcək

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun