Paytaxtda şirkətlərin birində reklam agenti olaraq işləyirdilər və 3 il idi ki, bu ünvanda rəfiqələri ilə birgə yaşayırdılar. Aytən və Aygün haradan biləydi ki, aprelin 14-ü onlar üçün həyatlarının son günüdür.
Səsssiz gələn əcəl onları mətbəxtdə haqlayıb. Paytaxtın Xətai rayonunda baş verən hadisədən danışan qonşular dəhşətli olayın gecə saatlarında yaşandığını deyirlər. Onların sözlərinə görə bacılar Gəncə prospekti 34 ünvanındakı yaşayış binasında kirayə yaşıyırmışlar. Hadisə yerində olarkən onu da öyrənirik ki, qızlar Qax rayon sakinləridir.
Qızların yaşadığı iki otaqlı mənzilin eyvanı bu günə qədər mətbəx kimi istifadə olunub. Orada quraşdırılan və qazla işləyən su qızdırıcı dəfələrlə söndüyündən, həmin vaxtdan otaqdan qaz iyi gəlib. Amma nədənsə məsələyə o qədər ciddi yanaşılmayıb. Bu səbəbdən növbəti qazsızması iki gəncin ölümü ilə nəticələnib.
NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV