Öncə paytaxt ərazisində dam örtüyü yenilənən binaların siyahıya alınması həyata keçirilib, daha sonra bu işləri keyfiyyətli yerinə yetirə biləcək podratçı şirkətlər dəqiqləşdirilib.Hazırda paytatxt rayonlarında 380 -9 mərtəbəli binanın dam örtüyünün yenilənməsi işlərinə start verilib ki, bu işlərədə Nizami və Suraxanı rayonlarından başlanılıb.
Binaların köhnə dam örtükləri sökülərək, sıradan çıxmış, çürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maililik qurulur, yeni örtük qatı çəkilir. Həmçinin mövsümlə əlaqədar olaraq dam örtüyü yenilənən binaların damlarında navalçalar yenilənir, tüstü bacaları təmir olunur və təmizlənir. Sakinlər bildirirlər ki, binaların dam örtüyünün təmirə ehtiyacı olduğu üçün illər idi ki, yağış yağanda yuxarı mərtəbələrdəki mənzillər zərər görürdü.
Sərəncamın icrası ilə əlaqədar olaraq yaradılmış komissiya hazırda dam örtüyü yenilənəcək bütün binalarda aparılacaq işlərə nəzarəti həyata keçirəcək, hər hansı binada görülən işlər qənaətedici və keyfiyyətli olmadığı halda isə həmin binanın dam örtüyünün yenilənməsi podratçı şirkət tərəfindən yenidən icra olunacaq
Xatırladaq ki, Prezidentin sərəncamı ilə paytaxtda 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 milyon manat vəsait ayrılıb.
RƏŞAD VƏKİLOĞLU SPACE TV