Paytaxtda bəzi tikinti sirkətləri karantin qaydalarına riayət etmir

  • SpaceTV
  • 29 Aprel 2020 16:10

Tikintidə çalışan bu iş icraçısının özü qoruyucu  maskadan və spirtdən istifadə etdiyini desədə ancaq görünən odur ki, burda çalışan işçilərin sağlamlığı və təhlükəsizliyi onun üçün bir o qədərdə vacib deyil.

Pandemiya dövründə Nazirlər kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətlərinə icazə verilən istehsalat sahələrindən biridə  tikinti şirkətləridir.Ölkədə karantin müddəti tətbiq edilən gündən iş prosesi bütün istehsalat sahələrində əməyin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə  Əmək müffətişliyinə  müvafiq tövsiyələrini hazırlayaraq Nazirlər Kabinetinə verilməsi tapşırılıb.

Bəs  paytatxda  tikilməkdə  olan  hündürmərtəbəli binalarda çalışan usta və fəhlələr karantin  müddətində  qoyulan tələblərə riayət edirlərmi,bu kimi iş yerlərində gigyenik qaydalar qorunurmu  və ümumiyyətlə şirkət rəhbərləri tərəfindən karantin zamanı işçilərin yoluxma riskindən mühafizəsinin təşkili hansı qaydadadır?

Paytaxtın müxtəlif ərazilərində inşa olunan bir neçə tikinti obyektinə baş çəkdik,pandemiya  müddətində işçilərin karantin qaydalarına riayət edib –etməməsi ilə maraqlandıq.

Dövlət Əmək Müfəttişliyininsektor müdiri Aynur Osmanqızı deyir ki, pandemiya dövründə fəaliyyətlərinə icazə verilən istehsalat sahələrində NK-nin müvaqif qərar və tövsiyələrinə əməl etmələri vacib və məcburidir

Məlum olduğu kimi hər il 28 aprel ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd olunur.Bu il isə ÜDƏMG ilə bağlı Beynəlxalq Əmək Təşkilatı tərəfindən irəli sürülən əsas mövzu pandemiaya ilə əlaqədar iş yerlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması,işçilərin infeksiyaya yoluxma riskinindən mühafizə olunmalarıdır.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun