Paytaxtda 6 yeni məktəb tikilir -VİDEO

  • SpaceTV
  • 12 Avqust 2020 14:23

Paytaxtda 2020-2021-ci tədris ilinə kimi tikilərək istifadəyə veriləcək təhsil ocaqlarında tikinti işləri sürətlə davam etdirilir. Space TV-nin xəbərinə görə, təmirə saxlanılan daha bir təhsil ocağı Nizami rayonu Bəhruz  Nuriyev küçəsində fəaliyyət göstərən 251 nömrəli orta məktəbdir. 1974 cü ildə istifadəyə verilmiş və bir neçə dəfə əsaslı təmir  olunmuş  bu məktəb  940 yerlik olsa da  burada 1668 şagird təhsil alırdı. Uzun illərdir ki, sıxlıq yaşanması səbəbindən  məktəbə əlavə korpusun tikilməsi zərurərti yaranıb.

Əlavə tədris korpusu tikilən təhsil ocağı  35 sinif otağından ibarət olmaqla 840 şagird üçün nəzərdə tutulub. Yeni lahiyə əsasında tikilən məktəb fənn kabinetlərindən, laboratoriya, həkim və kompüter otaqlarından  ibarət olacaq. Məktəbin həyətində geniş ərazini əhatə edən idman meydançası və ərazinin relyefi nəzərə alınmaqla yaşıllıq sahəsi də salınacaq.

Paytaxtda yeni tikilən təhsil ocaqlarından biri də Binə qəsəbəsindədir. Yeni inşa olunan təhsil ocağı 3 mərtəbə 6 korpusludur. Məktəb 45 sinif otağından ibarət olmaqla burada 1608 şagirdin təhsil alması nəzərdə tutulub. Həmçinin  məktəbdə  müxtəlif fənn kabinetləri, kitabxana, kompüter otaqları, yeməkxana, idman və akt zalının da tikintisi aparılır. Bundan başqa  məktəb istilik və müasir işıqlandırma sistemi, fərdi qazanxana və su anbarı ilə də təhciz olunacaq. Məktəbin həyətyanı sahəsində 5900 kv metr sahədə yaşıllıq zolağı da salınacaq

BŞTİ-dən verilən məlumata görə,  paytaxt məktəblərində aparılan bütün tikinti və təmir işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.

Paylaş

 Xəbəriniz olsun