Paytaxta yeni texnikalar gətirilib – VİDEO

  • Space TV
  • 31 Dekabr 2019 12:12

Paytaxt Bakıda məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası artıq 1 ilə yaxındır ki, pilot lahiyə olaraq Nərimanov rayonunda uğurla icra olunmaqdadır. Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərüfatı xidmətləri üçün müasit tələblərə cavab verən 5 ədəd Almaniya istehsalı olan xüsusi təyinatlı  yük maşını gətirilib.

Yeni texnikanın tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəltmək və əl əməyindən istifadəni azaltmaq üçün nəzərdə tutulub.Həmçinin bu texnikadan istrifadə şəhərin müxtəlif rayonlarında məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun  yaxşılaşdırılmasına müsbət təsir göstərəcək

Bu texnikaların köməkliyi ilə  həm də paytaxtın dar və ensiz küçələrində məişət  tullantılarının  daşınmasında  yaranan çətinliyin aradan qaldırılmasına  hesablanıb

Onu da bildirək ki, sözügedən texnikanın daha 7 ədədi yaxın günlərdə Bakıya gətiriləcək.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun