Paytaxta daha 115 ədəd yeni avtobus gətiriləcək -VİDEO

  • Space TV
  • 26 Avqust 2020 20:58

Paytaxta daha 115 ədəd yeni avtobus gətiriləcək. Bu barədə Spacetv.az saytına  Baki Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev məlumat verib. Agentlik nümayəndəsi bildirib ki,  Türkiyə istehsalı olan avtobuslar müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir: “Sıxılmış təbii qaz müəhərrikli (CNG) avtobusların 80 ədədi 12, 35-i isə 9 metrlik avtobuslardır. İlkin olaraq 12 metrlik avtobusların çatdırılmasına başlanılacaq. Yaxın günlərdə başlanılacaq prosesin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır”.

Mais Ağayevin sözlərinə görə, yeni avtobusların alınması ilə ətraf kənd və qəsəbələr, o cümlədən Mərdəkan, Maştağa, Bilgəh, Buzovna, Zuğulba, Sabunçu, Zabrat, Qaraçuxur və Bakıxanov qəsəbələrinin birbaşa şəhər mərkəzi ilə əlaqələndirilməsi asanlaşacaq.  BNA rəsmisi həmçinin bildirib ki, son 5 ildə 603 ədəd orta və iritutumlu müasir avtobuslar alınıb: “Avtobus parkının yenilənməsi çərçivəsində paytaxta elektirik mühərrikli avtobusların gətirilməsi də planlaşdırılır. Hazırda BMC və MAN şirkətləri ilə elektrik enerjisi ilə çalışan avtobusların gətirilməsi, onların fəaliyyəti üçün uyğun infrastrukturun qurulmasına dair müzakirələr aparılır”.

Əbülfət Baxşəliyev, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun