Paytaxt yollarında sürət həddi endirildi

  • Space TV
  • 5 Fevral 2021 10:46

Gecədən başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraitilə əlaqədar yollarda sürət həddi aşağı endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, Heydər Əliyev prospekti – Hava limanı, Bilgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Qeyd edilib ki, məqsəd hərəkət təhlükəsizliyini təmin etməkdir. Sürücülərə ehtiyyatlı olmalarını, meteoroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələri tövsiyə edilir.

Paylaş

 Xəbəriniz olsun