Gecə saatlarında paytaxtın Xətai rayonunda quldurluq hadisəsi baş verib.
Hadisə Babək prospektində qeydə alınıb. Belə ki, Babək prospekti 23 ünvanında, 46 yaşlı Şaməddin Əliyevi naməlum şəxs döyüb. Həmin şəxs Şaməddin Əliyevin üzərində olan 700 manatı, o cümlədən mobil telefonunu götürərək dərhal hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində istintaq araşdırmaları aparılır.