Paytaxt məktəbləri dezinfeksiya olunur

  • Space TV
  • 5 Mart 2020 13:43

Ölkədə bütün təhsil ocaqları  bu gündən 1 həftəlik bağlansada  yayılan koronovirus epitemiyası ilə bağlı ictimia yerlərdə əhalinin sıx olduğu məkanlarda Səhiyyə Nazirliyi günlərdir ki, dezinfeksiya işləri aparır.Ümumi təhsil müəssisələrində də tibbi-proflaktik vəziyyətə nəzarət gücləndirilib, qabaqlayıcı  tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Məktəbin bütün dərs otaqları o, cümlədən giriş-çıxış qapıları lazimi dərmanlarla  dizinfeksiya  olunur..Bu görüntülər Nəsimi rayonu Abdulla Şaiq adına 54 nömrəli məkəbdəndir.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiriBəşarət Məmmədov deyir ki, idarəylə Bakı Şəhər Dezinfeksiya Stansiyanın bölmələri arasında bağlanmış müqavilə əsasında idarənin təhsil müsəssəslərində aparılan dezinfeksiya işləri mütəmadı xarakter daşıyır və sanitar-gigyenik vəziyyət nəzarətdə saxlanılır.Bu günə kimi isə  BŞTİ-nin tabeliyində olan  319 məktəbdən 160 da koronovirusa qarşı dezinfeksiya işləri aparılıb

Bakı Şəhəri Dezinfeksiya Stansiyasının həkimi, epidemioloq Elvin Məmmədov sözlərinə görə koronavirus infeksiyası havada uzunmüddətli qalıcı olmasa da, onun səthlərdə uzun müddət qalma ehtimalı var. Bu səbəbdən də paytaxt məktəblərində təxirəsalınmaz dezinfeksiya işlərinin mütəmadi  aparılması vacibdir.

BŞTİ-dən oda bildirildi ki, paytaxt məktəblərinin dezinfeksiya işlərinin başa catdırılması marta ayının 9-na kimi nəzərdə tutulub.

Rəşad Vəkiloğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun