Paytaxt məktəbində muzey yaradılıb – FOTO

  • Space TV
  • 8 Fevral 2021 16:53

Paytaxdakı 192 nömrəli tam orta məktəbdə Vətən müharibəsində qazanılmış qələbəmizi və qəhrəman ordumuzun zəfər yolunu şagirdlərə daha yaxından aşılamaq üçün “Zəfər tarixi” muzeyi yaradılıb.

Spacetv.az xəbər verir ki, bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, muzeydə Azərbaycanın Milli Qəhrəmanları, şəhid təhsil işçiləri, ermənilərin təcavüzü nəticəsində həlak olan məktəblilər haqqında stendlər və tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar yer alır.

Muzeydə şagirdlərin əl işləri olan “Şuşa” və “Xudafərin körpüsü” maketləri yerləşdirilib, eyni zamanda xalqımızın milli adət-ənənələrini əks etdirən müxtəlif növ sənətkarlıq nümunələri toplanıb.

Paylaş

 Xəbəriniz olsun