Paytaxt binaları neçə bal zəlzələyə davamlıdır? – VİDEO

  • Space TV
  • 3 Noyabr 2020 14:49

Bir neçə gün öncə Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində onlarla bina çökdü, bir o qədər də yaşayış binasına  ciddi ziyan dəydi. 6.6 bal gücündə  qeydə  alınan zəlzələ qurbanlarının sayı 85, xəsarət alanların sayı isə artıq  962 nəfərə çatıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, zəlzələ zamanı dağılan binaların əksəriyyəti tikinti normativlərinə uyğun inşa olunmayıb. Space TV məlumat verir ki, qardaş Türkiyədə yaşanan bu fəalakət ölkəmizdə də hündürmərtəbəli binaların neçə bal zəlzələyə davamlı olmasını bir daha  gündəmə gətirib.

Paylaş

 Xəbəriniz olsun