Karatin müddətində fəaliyyətinə icazə verilən ticarət obyektlərindən biri də kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyi bazarlardır. Ancaq nədənsə bazarların əksəriyyətində karantin qaydalarına əməl olunmur
Bazara daxil olan nəqliyyat vasitələri bu qaydada dezinfeksiya olunur sürücü və sərnişinlərin hərarəti ölçülür.Ancaq bazarda çalışan bəzi işçilər karantin qaydalarına əməl etmirlər
Növbəti üz tutduğuz bazar Nizami rayonunda fəaliyyət göstərən 8-km bazaridir. Elə kadrlardan da aydın görmək olur ki, burda çalışan satıcıların karantin qaydalarına riayət etməsindən söhbət belə gedə bilməz.
Bazarda karantin qaydalarına nəzarət olunmadığı üçünsatıcıların əksəriyyəti maska və əlcəkdən istifadə etmədən, alıcılar isə sosial məsafə gözləmədən əvvəlki günlərdə olduğu kimi alış-veriş edirlər
Bəs bazarlarda gigiyenik qaydalara əməl olunmadığı təqdirdə insanları hansı təhlükə gözləyir. Kənd təsərrüfatı məhsullarından insanlara hansı infeksiyaların yoluxması qaçılmaz ola bilər.
Virusioloq Şəlalə Zeynalovanın sözlərinə görə istər pandemiya dövründə istərsədə adi günlərdə bazarlarda və digər ictimai yerlərdə fəaliyyət göstərən işçilərin əlcək və maskalardan mütəmadi istifadə etməzi ən vacib olan şətlərdən biridir.
RƏŞAD VƏKİLOĞLU SPACE TV