Kənd Təsərrüfatı Nazirliyi Kürdəmir rayonunda taxılçılıqla məşğul olan fermerləri “Tarla günü” adı ilə bir araya toplayıb. Taxılçılıq sahəsində mövcud olan ənənəvi əkinçilik üsulları müzakirə edilib, həm mənfi, həm də müsbət cəhətləri diqqətə çatdırılıb. Əkinçilikdə daha səmərəli, bol məhsul əldə etmək üçün mütəxəssislər fermerlərə sınanmış xarici metodlardan istifadə etməyi məsləhət bilib. Tarla nümayişi rayonun Gəris-Əyribənd kəndi ərazisindəki əkin sahəsində təşkil edilib. Bölgə fermerləri, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan təşkilatların nümayəndələri, bələdiyyə əməkdaşları, şirkət nümayəndələri və digər istehsalçılar toplanıblar. Burada əsas məqsəd fermerlərə ən sərfəli, ən keyfiyyətli texnikaları tanıtmaq və nəticədə daha çox məhsul əldə etməkdən ibarət olub. .
VAHİD FƏXRİ SPACE TV