Payızlıq tərəvəz əkini yekunlaşır – FOTO

  • SpaceTV
  • 20 Avqust 2019 16:27

Masallıda payızlıq tərəvəz əkininə start verilsə də, kələm əkini artıq yekunlaşma üzrədir. Havanın isti olmasına baxmayaraq, təsərrüfatçılar bol məhsul götürmək üçün əzmlə çalışırlar. 

Masallıda fermerlər ənənəvi sahələrlə yanaşı kələm əkininə də maraq göstərir. Bu sahəyə marağın artması onun becərilmə şərtlərinin sərfəli və xərclərin az olması ilə əlaqədardır. Növbəli əkin sistemini  həyata keçirən torpaq sahibləri deyir ki, taxıl sahələrdən yığıldıqdan sonra kələmin əkilməsi torpağı münbitləşdirir. 

1 hektara təxminən 40-45 min kələm şitili əkilir. Kələm digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə çox nadir hallarda xəstəliklərə yoluxur.  Sadəcə zərərvericlərin qarşısını almaq üçün həftə ərzində bir dəfə dərman vurulur. Fermerlər deyir ki, bu gün torpağın əkilib becərilməsində heç bir çətinlikləri yoxdur.

Qeyd edək ki, oktyabrın 15-dən sonra məhsul yığılacaq. 1 hektardan orta hesabla 45-50 ton kələm götürmək olacaq. 

Rövşən Almazoğlu Space Masallı

Paylaş

 Xəbəriniz olsun